Zəmanətlə aldığı telefon oğurluq çıxdı - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Zəmanətlə aldığı telefon oğurluq çıxdı - VİDEO
Median.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Ağdaş rayonu sakini Orxan Səmədovun başına gəlib.

O, mobil telefonu metronun ''20 yanvar'' stansiyası yaxınlığında yerləşən ''Uğur -2'' adlı mağazadan alıb. Bu zaman telefona 1 illik zəmanət də verilib.

Bundan bir aydan çox keçəndən sonra Yasamal rayon 27-ci polis bölməsindən Orxan Səmədova zəng edilərək bildirilib ki, işlətdiyi telefon oğurluqdur. Buna görə də təcili olaraq telefonu da götürüb bölməyə yaxınlaşmalıdır.

Məsələni araşdırmaq üçün zərərçəkənlə birlikdə telefonun satıldığı həmin mağazaya yaxınlaşdıq. Mağazadan bildirdilər ki, telefonu başqa bir şəxs ikinci əl kimi mağazaya satıb və oğurluq olmasından xəbərsiz olublar.

Bununla belə, telefonun oğurluq olduğu təsdiqlənsə, Orxan Səmədova dəyən maddi ziyan ödəniləcək.

Artıq telefonun oğurluq olduğu təsdiqlənib. Bununla bağlı Yasamal rayon 27-ci polis bölməsi protokol tərtib edərək telefonu Orxan Səmədovdan alıb. İndi növbə mağazanın Orxan Səmədova dəyən maddi ziyanın ödəməsindədir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 381 21.02.17 12:21