İordaniya IV İslam Həmrəyliyi Oyunlarında 11 idman növündə təmsil olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |     21:08 Gəncədə piyadanı avtomobil vurub öldürdü  |     21:07 Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub  |     20:37 Səfər Mehdiyev Kunio Mikuriya ilə görüşdü  |     20:16 Şuşalıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub  |    

İordaniya IV İslam Həmrəyliyi Oyunlarında 11 idman növündə təmsil olunacaq
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya 11 idman növündə təmsil olunacaq.

Median.Az Report.az-a istinadən xəbər verir ki, bu barədə İordaniya Olimpiya Komitəsinin baş katibi Nasser Majali məlumat verib.

Komitə rəsmisi bildirib ki, “Bakı 2017”-yə taekvondo, tennis, cüdo, atıcılıq, üzgüçülük, karate, güləş, boks, uşu, basketbol (3X3) və paralimpiya növlərində 70 idmançının yer aldığı geniş heyətlə Azərbaycana səfər edəcək.

N.Majalinin sözlərinə görə, bu, İslam Həmrəyliyi Oyunları tarixində ölkənin ən böyük nümayəndə heyəti olacaq:

“İslamiada bizim idmançılar üçün çox önəmlidir. Yarışda təcrübə qazanmaq və uğurlu çıxış etmək istəyirik. İordaniya Olimpiya Komitəsinin prezidenti Şahzadə Faysal idmançılarımızın ölkəmizi ən yüksək səviyyədə təmsil etməsi üçün bütün lazımi dəstəyi verəcək”.

İordaniya əvvəlki İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 9 medal qazanıb. Onlardan 3-ü qızıl, 1-i gümüş, 5-i isə bürüncdür.

Qeyd edək ki, 57 ölkənin iştirak edəcəyi IV İslam Həmrəyliyi Oyunları 12-22 mayda keçiriləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 204 21.02.17 12:12