Rəşid Behbudovun nadir görüntüləri – VİDEO
SSRİ Xalq artisti, Azərbaycanın görkəmli ifaçısı Rəşid Behbudovun nadir görüntüləri ortaya çıxıb.
Median.Az-ın Baku.ws-ə istinadla məlumatına görə, təkcə Azərbaycanda deyil, bütün MDB ölkələrində sevilən müğənninin nadir görüntülərini tədqiqatçı Füzuli Sabiroğlu paylaşıb.
Həmin görüntülərdə müğənninin gənc istedadlarla məşqi əks olunub. Azərbaycan Dövlət Mahnı Teatrının qurucusu Rəşid Behbudov ömrünün son anlarına kimi teatrın solisti və bədii rəhbəri kimi fəaliyyət göstərib.
Təqdim olunan kadrlar müğənninin ömrünün son anlarından bir hissədir.
Qeyd edək ki, dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!