Qanunvericiliyə narkotik maddələrlə bağlı yeni müddəa daxil edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Qanunvericiliyə narkotik maddələrlə bağlı yeni müddəa daxil edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Median.Az-ın Report.az-a istinadən məlumatına görə, sənəddə “III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” fəsli yeni redaksiyada verilib.

Həmin siyahı ilə tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarının ölçü vahidi kimi həmin bitkilərin yalnız sayı müəyyən edilib.

Belə ki, Azərbaycanda bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər: tiryək xaşxaşı, yağlı xaşxaşın digər növlərinin 2-10 ədədi xeyli miqdar, 11 ədəd isə külli miqdarın aşağı həddi hesab ediləcək. Çətənə növlü bitkilərin 3-15 ədədi xeyli miqdar, 16 ədəd isə külli miqdarın aşağı həddi kimi qəbul edilir.

Bundan başqa, yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosların 3-50 ədədi xeyli miqdar, 51 ədədi isə külli miqdarın aşağı həddi hesab ediləcək.

İqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər: kokain kolunun 1 ədədi xeyli miqdar, 2 ədədi külli miqdarın aşağı həddi, katın 2 ədədi xeyli miqdar, 3 ədədi isə külli miqdarın aşağı həddi kimi qəbul ediləcək.

Hətta bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə də dəyişiklik edilib.

Maddə 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Bu maddədə “az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            971 21.02.17 11:51