Azərbaycanlıya Rusiyada məsul vəzifə verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 "Qarabağ"ın legioneri üçün mövsüm erkən bitdi  |     21:57 Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutulub  |     21:47 Baş ağrısının nəyin göstəricisi ola bilər?  |     21:41 Məhv edilən daha 71 erməni hərbçinin adı açıqlandı  |     21:32 Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi  |     21:21 Vəzifəsindən uzaqlaşdırılan erməni general prezidenti və baş naziri məhkəməyə verib  |     21:09 Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb  |     20:56 Ərdoğan Türkiyədə vurulan vaksin sayını açıqladı  |     20:55 TikTok yenilənir  |     20:33 Qəbələdə 23 yaşlı qız intihara cəhd edib  |     20:07 Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı  |     19:59 "Twitter"in işində nasazlıq yaranıb  |     19:43 Daha bir həkim koronavirusdan vəfat etdi (FOTO)  |     19:15 Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür  |     18:58 Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO  |     18:35 Yeni pandemiya XƏBƏRDARLIĞI  |     18:23 Bakıda taxta tullantıları yanıb  |     18:14 Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?  |     17:58 Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib  |     17:48 Rusiyada helikopter sərt eniş edib, pilot ölüb  |    

Azərbaycanlıya Rusiyada məsul vəzifə verildi
Rusiyada azərbaycanlı diaspor fəalı Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyasının qərarı ilə “Xalqlar Dostluğu” Xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev millətlərarası münasibətlər üzrə prezident şurası işçi orqanı yanında fəaliyyət göstərən ekspert qrupunun tərkibinə daxil edilib.

A.Mürsəliyev Millətlərlə İş üzrə Federal Agentliyin Rusiya prezidenti yanında millətlərarası münasibətləri şurasının miqrasiya məsələləri üzrə komissiyası ilə birgə keçirdiyi iclasda iştirak edib. İclas iştirakçıları “Rusiya Federasiyasında xarici vətəndaşların sosial və mədəni adaptasiyası və inteqrasiyasi haqqında” federal qanunun hazırlanmasının gedişatını müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası prezidenti yanında Millətlərarası münasibətlər şurası məsləhətçi orqandır. Bu qurum federal və regional hakimiyyət orqanlarının, ictimai birliklərin, elmi və digər təşkilatların qarşılıqlı fəaliyyətini təmin etmək üçün yaradılıb.

Həmyerlimiz Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, “Yedinnaya Rossiya” fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A.Mürsəliyevin rəhbərlik etdiyi “Xalqlar Dostluğu” Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 216 21.02.17 11:32              

TikTok yenilənir

60   Dünya 17-04 20:55