Bu "gəlin" ilə şəkil çəkdirmək üçün növbəyə durdular - VİDEO/FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Bu "gəlin" ilə şəkil çəkdirmək üçün növbəyə durdular - VİDEO/FOTO
Yağan qarı fürsət bilən Samir Xanməmmədov öz bacarığını bu şəkildə nümayiş etdirib. Bir neçə saat içərisində qardan gəlin hazırlayıb.

Gənc qar gəlinin geyimini, saç düzümünü və sifət quruluşunu detalları ilə işləməyə çalışıb. Adət-ənənələrə uyğun olaraq belinə qırmızı lent bağlayıb, əlinə gül də verib.

Nəticədə ortaya bu cür maraqlı əl işi çıxıb. Qardan gəlinin hündürlüyü isə 1 metr 65 santimetrdir. Qaşı, gözü, geyimi ilə adi gəlinlərdən heç də geri qalmayan qar gəlin böyükdən-balacaya hər kəsin diqqətini cəlb edib. Hətta qardan gəlinlə şəkil çəkdirmək istəyənlər növbəyə düzülüblər. Havaların isinməsi ilə qardan gəlinin əriməməsi üçün axşam saatlarında üzərinə soyuq su tökülür. Samir deyir ki, bu şəkildə gəlini mümkün qədər qorumağa çalışacaq. Təbii ki, bir yerə qədər. Havalar isinər-isinməz qardan gəlinin də qəmi artacaq, əriyib suya dönəcək.//baku.wsскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 618 20.02.17 18:48