Prokuror Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə cəza istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |     21:22 Azərbaycan XİN Çilini təbrik edib  |    

Prokuror Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, M.Həşimovun cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib.

O, M. Həşimova 11 illik həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib. R. Zeynalov müqavilə əsasında klinikanı M. Həşimova icarəyə verib.

Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses də davam edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 887 20.02.17 16:40