Həm adına maaş yazılır, həm də avtomobili var - Amma heç birindən özünün xəbəri yoxdur - VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:34 Serj Sarqsyanın qardaşı oğlu həbs edildi  |     16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |     11:54 Təqaüddə olan polkovnik vəfat etdi  |    

Həm adına maaş yazılır, həm də avtomobili var - Amma heç birindən özünün xəbəri yoxdur - VIDEO
Goranboy sakini qeyri-adi halla üzləşib. Ünvanlı sosial yardım üçün müraciət etdikdə onun adına həm avtomobil olduğu, həm də maaş yazıldığı ortaya çıxıb. Halbuki, heç birindən özünün xəbəri olmayıb.

Həm adına maaş yazılır, həm də avtomobili var. Amma heç birindən özünün xəbəri yoxdur.

Goranboyun Yolpaq kənd sakini olan Eldəniz Məmmədov məktəbdə texniki işçi olaraq çalışıb. 2 il əvvəl isə işdən çıxıb və sosial müavinət almaq üçün müraciət edib. Lakin qurumdan gələn cavab onu təəccübləndirib. Ona müavinət verilməsindən imtina edilib və səbəb kimi də adına maaş yazıldığı göstərilib. Bu da azmış kimi adında avtomobil olduğu ortaya çıxıb.

Eldəniz Məmmədo adındakı avtomobillə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət edib. Ona bildirilib ki, bu problem səhvən yaranıb. Həmin maşın eyni ad-soyadlı Şəmkir sakininə məxsusdur.

Maaş məsələsi ilə bağlı isə Yolpaq kənd orta məktəbinin direktoru Arzu Piriyev "Xəzər Xəbər"ə bildirib ki, Eldəniz Məmmədov əvvəlki direktorun vaxtında işləyib. Onun əmək müqaviləsinə də işdən çıxdığı vaxtdan xitam verilib. Lakin naməlum səbəblərdən hələ də bazada maaş yazılan kimi görünür. Direktor qeyd etdi ki, Eldəniz Məmmədov yenidən şəxsiyyət vəsiqəsi ilə məktəbə müraciət etsin. Onun sənədləri hazırlanaraq Rayon Təhsil Şöbəsinə göndəriləcək ki, problem həllini tapsın.//bizimyol.infoскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 787 20.02.17 16:32