Cəbiş müəllimin arvadının xəyanət görüntüləri: Kəsilən kadrlar – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |     11:54 Təqaüddə olan polkovnik vəfat etdi  |     11:53 Üç koronavirus xəstəsi barəsində cinayət işi başlandı  |    

Cəbiş müəllimin arvadının xəyanət görüntüləri: Kəsilən kadrlar – VİDEO
“Bizim Cəbiş müəllim” filminin sonluğu haqqında bilinməyən məlumatlar yayılıb.

Ekran əsəri belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə ərinə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır. Lakin filmə baxış keçirilərkən bu səhnələr qayçılanıb və bizim gördüyümüz sonluq çəkilib. Bu söhbət kino dəhlizlərində çoxdan gəzir.

Median.Az kulis.az-a istinadla xəbər verir ki, əslində filmin bizə təqdim edilən variantında faciəvi sonluğa işarələr var. Misal üçün bazar səhnəsində Əbülfəz Cəbiş müəllimin arvadını öz arvadı kimi təqdim edir. Başqa bir yerdə sabun üçün ləvazimatları tapır və s. Əlbəttə, bu işarələri birbaşa süjetin sonluğunu təyin edəcəyini iddia etmək olmaz.

Film bu cür bitsəydi, çox güman ki, bizim seyr etdiyimiz variantdan daha faciəvi alınardı. İdealist sovet müəlliminin bu cür aqibəti, sadəcə olaraq dəhşətlidir və Sovet rejiminin uca səslə ifşasıdır.

Rejissoru Həsən Seyidbəyli olan filmin ssenarisini Xalq Yazıçısı Maqsud İbrahimbəyov yazıb. Maqsud İbrahimbəyovla söhbətimiz zamanı o, israrla faciəvi sonluq variantını rədd edir. Ssenarist filmin məhz onun yazdığı sonluqla çəkildiyini deyir. Ona inanmamaq üçün heç bir əsasımız yoxdur.

Lakin bir sual açıq qalır: Bu faciəvi sonluğu kim uydurub? Bunu tapmaq asan deyil. Amma hər kim uydurubsa, pis uydurmayıb.

Qeyd edək ki, filmin adı əvvəl “O, əsgər deyildi” olub, daha sonra dəyişdirilib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 168 20.02.17 15:59