Rüşvət alan direktor haqda nazirlikdən – AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:59 "Qarabağ"ın legioneri üçün mövsüm erkən bitdi  |     21:57 Bakı sakinini döyərək pulunu və avtomobilini əlindən alan şəxs tutulub  |     21:47 Baş ağrısının nəyin göstəricisi ola bilər?  |     21:41 Məhv edilən daha 71 erməni hərbçinin adı açıqlandı  |     21:32 Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi  |     21:21 Vəzifəsindən uzaqlaşdırılan erməni general prezidenti və baş naziri məhkəməyə verib  |     21:09 Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb  |     20:56 Ərdoğan Türkiyədə vurulan vaksin sayını açıqladı  |     20:55 TikTok yenilənir  |     20:33 Qəbələdə 23 yaşlı qız intihara cəhd edib  |     20:07 Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı  |     19:59 "Twitter"in işində nasazlıq yaranıb  |     19:43 Daha bir həkim koronavirusdan vəfat etdi (FOTO)  |     19:15 Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür  |     18:58 Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO  |     18:35 Yeni pandemiya XƏBƏRDARLIĞI  |     18:23 Bakıda taxta tullantıları yanıb  |     18:14 Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?  |     17:58 Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib  |     17:48 Rusiyada helikopter sərt eniş edib, pilot ölüb  |    

Rüşvət alan direktor haqda nazirlikdən – AÇIQLAMA
Mədəniyyət və Turizm Nazirliyi Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevaya qarşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması faktına münasibət bildirib.

Median.Az xəbər verir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, sözügedən fakt Gülçin Mirzəyevanın əvvəl tutduğu vəzifəyə aid müəyyənləşdirilib:

“Gülçin Mirzəyeva 30 dekabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. Hazırda məlum proseslərə uyğun olaraq qeyd edə bilərik ki, fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunanda onun haqqında cinayət işi olmayıb, bu kimi fakt qeydə alınmayıb”.

V.Şixəmmədov əlavə edib ki, hadisəyə hüquqi qiymət veriləndən sonra nazirlik müvafiq qərar qəbul edəcək: “Hazırda istintaq aparıldığından qanunvericiliyə uyğun olaraq, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəndən müvəqqəti olaraq kənarlaşdırılıb. Hadisəyə hüquqi qiymət veriləndən sonra Mədəniyyət və Turizm Nazirliyində müvafiq qərar qəbul olunacaq”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 283 20.02.17 15:54              

TikTok yenilənir

60   Dünya 17-04 20:55