Təcili tibbi yardım xidməti - HAMIYA PULSUZDUR ( VİDEO ) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:55 Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var - FOTO  |     16:34 Serj Sarqsyanın qardaşı oğlu həbs edildi  |     16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |    

Təcili tibbi yardım xidməti - HAMIYA PULSUZDUR ( VİDEO )
İcbari Tibbi Sığortanın tətbiq edildiyi ərazilərdə təcili və təxirəsalınmaz yardım xidmətlərinə görə vətəndaşlar heç bir ödəniş etməyəcəklər. Bu zaman onların tibbi sığortanın tətbiq edildiyiğ ərazidə qeydiyyatda olub-olmadığı da əsas deyil. Tutaq ki, indiki mərhələdə bakı qeydiyyatında olan vətəndaşa mingəçevir şəhərində təcili yardım göstərilsə,həmin şəxs də buna görə pul ödəməyəcək.

İcbari Tibbi Sığortanın tətbiq edildiyi şəhər və rayonlarda təcili və təxirəsalınmaz xidmət pulsuz olacaq. Agentliyin şöbə müdiri Vüqar Qurbanovun sözlərinə görə göstərilən hər xidmətə görə ödənişlər agentlik tərəfindən tibb müəssisələrinə ödəniləcək.

Hər xidmətə görə ödəniş dedikdə icbari tibbi sığorta agentliyi tərəfindən hər şəxs üçün tibb müəssisələrinə ödənilən vəsait nəzərdə tutulur.

Təcili yardım xidmətlərinin göstərilməsi zamanı vətəndaşın harada qeydiyyatda olması əsas deyil. Belə ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə, yəni Yevlax rayonunda və Mingəçevir şəhərində hətta rəsmi qeydiyyatda olmayanlar da bu xidmətlərdən ödənişsiz istifadə edə bilərlər.

İcbari tibbi sığortanın ambulator və stasionar üzrə təqdim etdiyi tibbi xidmətlərdən isə yalnız pilot ərazilərdə rəsmi qeydiyyatda olan vətəndaşlar pulsuz istifadə edə bilərlər.

İcbarı Tıbbı Sığorta Ağentlıyının şöbə müdiri Vüqar Qurbanov yanvar ayından bəri pulsuz təcili yardım xidmətdən bəhrələnən vətəndaşların sayını da açıqlayıb...

İcbari Tibbi Sığortanın gələcəkdə digər rayonlarda da tətbiq edilməsi nəzərdə tutulur.//baku.wsскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 668 20.02.17 14:06