“Semaşko”nun baş həkimi: Xəstələri pulsuz müalicə edirik
“Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik”.
Median.Az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) baş həkimi Ədalət Dadaşovun Report.az-a müsahibəsində deyib.
Ədalət Dadaşovun sözlərinə görə, ötən il Mərkəzə müraciət edənlərin ümumi sayı 24509 nəfər olub:
“Mərkəzimizdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilirsə, təbii ki, hansısa xoşagəlməz hal ola bilər. Hər şeyin ideal olması mümkün deyil. Mərkəzimizin 1919 əməkdaşı var və iş prosesində gərginliklər də olur. Məsələn, hansısa narkomanı əməliyyat edirsən, oyananda sənin ailəndəki qadınları söyür. Sadəcə, işimizin xatirinə bunların hamısını uduruq.
Ötən il Mərkəzə müraciət edənlərin ümumi sayı 24509 nəfər olub. Onlardan 12949-u terapevtik yönümlü, 7373-ü cərrahi xəstələr olub. Toksikologiya şöbəsində 2220, hemodializ şöbəsində 271, yoluxucu xəstəliklər şöbəsində isə 4582 nəfər müalicə olunub. Bu da 2015-ci ilə nisbətən təqribən 4500 xəstə azdır. Ambulator xəstələrin sayı isə 2015-ci ilə nisbətən 2000-dən çox olub”.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!