Qanunları pozmadan radarların yerini necə təyin edə bilərsiniz? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qanunları pozmadan radarların yerini necə təyin edə bilərsiniz? – VİDEO
Artıq cərimə olunmaq təhlükəsi olmadan yollardakı radarların yerini müəyyənləşdirmək mümkündür.

Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bunun üçün xüsusi avadanlıq almağa ehtiyac yoxdur.

Antiradar detektorları radarların işinə mane törətdiyi üçün qadağan edilsə də, eyni işi indi mobil telefonlarda proqramlar əvəz edir. Sürücülər bu üsulla həm radarlardan yan keçirlər, həm də cərimələnmirlər.

Bütün yeni model telefonların dəstəklədiyi bu proqram ölkəmizdə də populyarlıq qazanır. Sürücülər istədikləri belə antiradar proqramları öz telefonlarına yükləyə bilərlər. Yüklənməsi və istifadəsi pulsuz olan bu proqramlardan, demək olar ki, əksər sürücülər istifadə edir. Bu üsulla sürücülər 1 km əvvəlcədən radarın olduğundan xəbərdar olurlar.

Bəs buna qanunla icazə verilirmi?

Məsələylə bağlı “Xəzər Xəbər”ə açıqlama verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov antiradar cihazlarından fərqli olaraq, bu proqramların istifadəsinə heç bir qadağanın olmadığını deyib.

Məlumat üçün qeyd edək ki, avtomobillərdə antiradar cihazlardan istifadə edən sürücülər 800 manat məbləğində cərimə olunurlar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          2 836 20.02.17 13:08