İz buraxmayan qatil bizi addım-addım izləyir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:47 Baş ağrısının nəyin göstəricisi ola bilər?  |     21:41 Məhv edilən daha 71 erməni hərbçinin adı açıqlandı  |     21:32 Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi  |     21:21 Vəzifəsindən uzaqlaşdırılan erməni general prezidenti və baş naziri məhkəməyə verib  |     21:09 Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb  |     20:56 Ərdoğan Türkiyədə vurulan vaksin sayını açıqladı  |     20:55 TikTok yenilənir  |     20:33 Qəbələdə 23 yaşlı qız intihara cəhd edib  |     20:07 Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı  |     19:59 "Twitter"in işində nasazlıq yaranıb  |     19:43 Daha bir həkim koronavirusdan vəfat etdi (FOTO)  |     19:15 Bakıda ağacları kəsən şəxsə qarşı tədbirlər görülür  |     18:58 Daha bir şəhidimizin övladı dünyaya gəldi - FOTO  |     18:35 Yeni pandemiya XƏBƏRDARLIĞI  |     18:23 Bakıda taxta tullantıları yanıb  |     18:14 Hansı ölkələrdən Azərbaycana sərmayə daxil olur?  |     17:58 Armen Sarkisyan seçki məcəlləsinə dəyişikliyi imzalamaqdan imtina edib  |     17:48 Rusiyada helikopter sərt eniş edib, pilot ölüb  |     17:36 Azərbaycanda ilk dəfə küvez içində (yataqbaşında) 600 qramlıq körpəyə qapalı ürək əməliyyatı uğurla icra olunub  |     17:22 Məleykə Abbaszadə mərkəzi imtahan sistemindən danışdı  |    

İz buraxmayan qatil bizi addım-addım izləyir
Yaşadığımız dövrdə dəm qazı ilə zəhərlənmə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Xüsusilə, qış aylarında şimal-qərb bölgəsində belə hadisələr daha çox baş verir. Bu faciədən qurtulmaq üçün ilk növbədə onun əlamətlərini bilmək lazımdır. Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar?

Median.Az xəbər verir ki, həkim Şeyx Seydəliyev Sputnik.az-a açıqlamasında bildirib ki, dəm qazı iysiz olduğundan insanlar bunu hiss etmirlər:

“Hər şey ani baş verir və artıq iş işdən keçir. Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar, hətta az miqdarda dəm qazından həyatlarını itirə bilərlər”.

Həkim Seydəliyev dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardımın necə olmasından da danışıb:

“Zərərçəkəni dərhal açıq havaya çıxarmaq, əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ağciyər ödeminin qarşısını almaq üçün ona yarıoturaq vəziyyət vermək, zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq, əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal ürəyin xarici masajı və süni tənəffüs verilməlidir”.

“Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi dərhal təcili yardım çağırmaq lazımdır! Hətta sizin fikrinizcə, zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız da, heç bir halda təcili yardım çağırışını ləğv etməyin!”, – həkim bildirib.

Həkim onu da qeyd edib ki, dəm qazı (və ya karbon oksidi) natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir:

“Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Bu, evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür”.

“Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə edilməməlidir. İnsanlar (xüsusilə də uşaqlar) qaz sobası yanarkən uzun müddət hamam otağında tək qoyulmamalıdır və s. Bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!”, – Seydəliyev tövsiyə edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 156 20.02.17 13:03              

TikTok yenilənir

54   Dünya 17-04 20:55