Azərbaycanda bələdiyyələrin xəritələri hazırlanacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:11 Azərbaycan gömrükçüləri 213 kiloqramdan artıq heroin aşkar edib  |     16:02 Azərbaycan Prezidenti AVRO-2020 ilə bağlı sərəncam imzalayıb  |     15:59 Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun VİDEOSU  |     15:58 Azərbaycanda şəhidlərlə bağlı qanuna dəyişiklik edilir - RƏSMİ  |     15:55 Səfərbərlikdən savaşa gedənlərə şad xəbər  |     15:49 Bakıda dəhşətli cinayət: İki arvadlı kişi özündən 23 yaş kiçik sevgilisini amansızlıqla öldürdü – TƏFƏRRÜAT  |     15:47 Bu şəhadətnamələr ləğv edilir  |     15:41 “Bitcoin”in qiyməti fantastik dərəcədə artdı  |     13:45 Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq  |     13:37 Ramazan ayı necə keçiriləcək? - Qaydalar açıqlandı  |     13:25 Zəngilanın Sarıqışlaq kəndindən görüntülər - VİDEO  |     13:24 Türkiyədə COVID-19-a yoluxanların 85 faizində Britaniya ştammı aşkarlanıb - Nazir AÇIQLADI  |     13:19 Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - SİYAHI  |     12:53 Azərbaycanda daha üç idman növü üzrə məşqlərə icazə verildi  |     12:42 Sərxoş halda bir nəfəri öldürüb, qohumunu bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi  |     12:25 Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirildi - VİDEO  |     12:17 Üç gün ərzində 25 dərəcə isti olacaq  |     11:57 Azərbaycanda minimum pensiya 82 faiz artıb  |     11:54 Təqaüddə olan polkovnik vəfat etdi  |     11:53 Üç koronavirus xəstəsi barəsində cinayət işi başlandı  |    

Azərbaycanda bələdiyyələrin xəritələri hazırlanacaq
“Artıq torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə start verilib”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib.

“Belə ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, habelə respublikanın 12 rayonunda işlər tamamlanıb.

2017-ci ildə Naftalan, Mingəçevir, Şirvan şəhərlərində və 14 kənd rayonunda torpaqların elektron kadastr uçotuna alınması və bu uçot məlumatları əsasında 280-dən artıq bələdiyyənin xəritələrinin hazırlanması planlaşdırılır.

Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin uçotunu aparmaqdır.

Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatları toplayır.

Torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyi, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə nəzarəti təmin edir. Torpaq münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaradır, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməyə imkan verir”, - deyə o qeyd edib.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 146 20.02.17 12:20