Xərçəng olan Azərbaycanın tanınmış jurmalistinə dəstək olaq! – FOTO » Median.Az News Agency


Xərçəng olan Azərbaycanın tanınmış jurmalistinə dəstək olaq! – FOTO
Ömrünün 20 ilini jurnalistika sahəsinə həsr edən və mədəniyyət sahəsindən yazdığı məqalələrlə tanınan jurnalist Mətanət Şamilqızının təcili köməyə ehtiyacı var. Təvəzükar jurnalist neçə illərdir ki, onkoloji xəstəlikdən (el arasında xərçəng xəstəliyi adlanır) əziyyət çəkir.

“2010-cu il noyabr ayında onkoloji xəstəlikdən əməliyyat olundum. Xəstəliyin aqır olduğunu əməliyyatdan sonra bilən həkimler həmin ilin dekabrın 1-də yeniden 5 saatlıq əməliyyata qərar veriblər. Hər 6 aydan bir əməliyyat olduğum İran İslam Respublikasında həkim nəzarətində idim. 2017-ci ildə müayinə vaxtı yenidən onkoloji xəstəlik aşkarlanıb və yanvarın 17-də aqır əməliyyat keçirdim. Bəd xassəli şişin böyük ərazini əhatə etdiyini görən həkimlər fevralın 3-də növbəti əməliyyatı həyata keçiriblər. Hazırda təcili olaraq bir ay yarım hər gün şua almalı və daha sonra beş il müddətində xüsusi olaraq həkimin təyin etdiyi dərmanla həyataımı davam etdirməliyəm. Şua mütləq tez bir zamanda başlamalıdır.”, - deyə, M.Şamilqızı bildirib.

Mətanət Şamilqızı qayğıkeş anadır. Belə ki, o, rəhmətə gedən bacısının iki övladını övladlığa götürüb və həyat yoldaşı ailəni tərk etdikdən sonra 4 övladı təkbaşına tərbiyə etmək məcburiyyətində qalıb.

O, gələcək 5 il ərzində ciddi həkim nəzarətində olmalıdır. Hazırkı mərhələdə onun 10 min manat vəsaitə ehtiyacı var. Bu məbləğin yarısı edilən əməliyyatlar üçün ödəniləcək. Yardım əlini uzatmaq istəyənlər üçün əlaqə nömrəsi:

Əlaqə telefonu: (+994 55) 780 22 65
Beynəlxalq Bank / Manat hesabı:
AZ24IBAZ33811018403129990216
Beynəlxalq Bank / Dollar hesabı:
AZ94IBAZ33881019443129990216


Xərçəng olan Azərbaycanın tanınmış jurmalistinə dəstək olaq! – FOTO
Xərçəng olan Azərbaycanın tanınmış jurmalistinə dəstək olaq! – FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 166 20.02.17 12:09