Bakıda ruhi əsəb xəstəsini don vuraraq öldürüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda ruhi əsəb xəstəsini don vuraraq öldürüb
Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub.

Median.Az Report.az-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

V.Hacıyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 201 17.02.17 14:03