Avtomobilin mühərrikinə necə düzgün qulluq etmək lazımdır? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Avtomobilin mühərrikinə necə düzgün qulluq etmək lazımdır? – VİDEO
Avtomobilin mühərrikinə tökülən yağı dəyişən sürücü başına iş açıb.

Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, buna səbəb yağı dəyişdikdən sonra avtomobilin mühərrikinin xarab olması və 2500 manat xərc tələb etməsi olub. Ustalar isə bu halın hər bir sürücünün başına gələ biləcəyini bildirir və sürücülərə xəbərdarlıq edirlər.

Ustanın fikrincə, mühərrikin xarab olmasına sürücünün tökdüyü yarımsintetik 10/40 yağı, 5/30 tam sintetik yağla dəyişməsi səbəb göstərilir. Nəticədə, sürücüyə 2500 manat ziyan dəyib.

Məhz yağdəyişmədə edilən xətaya görə mühərrik xarab olarsa, bu zaman avtomobilin marka və modelindən asılı olaraq sürücüyə 1000 manatla 5000 manat arasında ziyan dəyə bilər. Sürücü yağdəyişmədən sonra mühərrikin səsində artım hiss edərsə, bunu təcili aradan qaldırmalıdır.

Belə halların qarşısını almaq üçün ustaların məsləhətlərinə qulaq asın:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 314 16.02.17 15:56