Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var – YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda


Saatlıda qatarla avtomobil toqquşdu, ölənlər var – YENİLƏNİB
Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

Median.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü “VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və avtomobildən düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata, ana və 29 yaşlı qızın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


* * * * *

Saatlının Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində ölənlərin kimliyi məlum olub.

Median.Az -ın APA-ya istinadən məlumatına görə, bu, Ağayev Güloğlan Abı oğlu, Ağayeva Hökumə Murtuz qızı və onların qızı Lamiyədir.

Onların hər üçünün Sabirabad sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Median.Az -ın APA-ya istinadən məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Qatarla minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb.

İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          3 185 16.02.17 11:56