Ramil Usubov yol polisi zabitini işdən çıxardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Ramil Usubov yol polisi zabitini işdən çıxardı
Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub.

Median.Az xəbər verir ki, bakipost.az-a daxil olan məlumata görə, 2017-ci ilin yanvar ayında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə öz şəxsi avtomobiliylə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt ərazidə xidmət aparan yol polisləri tərəfindən saxlanılıb.

Onun idarə etdiyi BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H.Nuruşov ona yaxınlaşan Vüqar Abbasov və Vüsal Nəcəfov adlı polis əməkdaşlarına qaydanı pozduğunu etiraf edib və buna görə cəriməni ödəməyə hazır olduğunu deyib. Sürücü polislərdən “eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib.

Yol polisləri H.Nuruşova vəziyyəti izah etmək əvəzinə, kobud şəkildə “Əcəb edirəm, lap gözünü də tökürəm, sözün var? Get kimə istiyirsən de!”, - deyə cavab veriblər. Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb.

Bundan sonra isə Bakı Şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərini əməlləri araşdırılıb və onlardan biri Vüqar Abbasovun işdən azad edilməsiylə bağlı qərar verilib. Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 841 15.02.17 15:40