Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO
28 yaşlı Abdulla Qurbanov Ağdam rayonunun Qarapirimli kəndindəndir. Doğma kəndi işğal olunandan sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Köçərli kəndi ərazisində məskunlaşır – palçıqdan tikilmiş kiçik daxmada.

Median.Az Sputnik.az-a istinadən xəbər verir ki, əvvəllər musiqi təhsili alsa da, sonra kompüter mühəndisi olmaq qərarına gəlir. Evin tək övladı olan Abdulla hərbi xidmətə yolla düşəndə təhsilini yarımçıq saxlayır. Hərbi xidməti sağ-salamat başa vurub cəbhə bölgəsindən qayıdanda, sevinc içində onu qarşılayan valideynləri övladlarının gözünün nurunu itirə biləcəyini ağıllarına da gətirmirdilər.

O, gənc yaşlarından həyatın çətinlikləri ilə üz-üzə qalır. 9 il əvvəl Tərtərin cəbhə xəttində yerləşən Qaradağlı kənddə yaşayan xalasıgilə qonaq gedən Abdulla qonşuluqda yaşayan Nərgiz adlı qızla tanış olur. Həmin gündən iki gəncin arasında romanlara mövzu ola biləcək məhəbbət hekayəsi başlayır. Sevdiyi qızı görmək üçün Abdulla hər dəfə bir bəhanə ilə Qaradağlıya gedir.

Belə səfərlərin birində, hər zamankı yolu deyil, daha kəsə yolu seçir: “At getmədi, elə bil hiss etmişdi. Düşdüm ki, atı qabağa çəkəm, həmin vaxt at arxa ayağını qaldırıb yerə vurdu. Və partlayış oldu…”.

Minaya düşən gənc sonra heç nə xatırlamadığını deyir: “Ayılanda hər yer qaranlıq idi. Soruşdum ki, haradayam? Cavab verdilər ki, “on gündür xəstəxanadasan”. Həkim gəldi, mənə suallar verdi, adımı-soyadımı, atamı-anamı soruşdu. Bəzi məqamlar var idi ki, xatırlamırdım, yadımdan çıxmışdı”.

A.Qurbanovun xatırladıqları arasında sevdiyi qız – Nərgiz də var idi. Sevgilisini görmək üçün getdiyi kənddə minaya düşən, kəllə və üz sümüyü parçalanan Abdullanın üzü cərrahiyyə əməliyyatı olunduqdan sonra qismən bərpa olunur. Amma o gündən dünya işığına həsrət qalır.

Çəkdiyi əzablar qəlbindəki sevgi işığını söndürmür. Xəstəxanadan çıxdıqdan sonra Nərgizi axtarır. “Əvvəl tərəddüd etdim. Dedim artıq məni istəməz. Amma o, cavab verdi ki, “səni sevirəm, fərqi yoxdur gözlərin görür ya, yox”, - deyə Abdulla bildirir. Ancaq Nərgizin valideynləri qızlarının Abdulla ilə evlənməsinə razı olmurlar. Görüşmələrinə və telefonla əlaqə saxlamalarına icazə vermirlər.

Valideynlərinin inadının qırılmadığını görən Nərgiz, günlərin birində gizlicə Abdullaya zəng edərək gəlib onu aparmasını istəyir. “Mən bu halımla gedə bilmədim. Anamgil gedib Nərgizi gətirdilər. Qaynanamgillə uzun müddət sonra barışdıq. Sevgimizə xeyir-dua verdilər”, - həmsöhbətimiz danışır. Artıq bu sevginin bəhrəsi də var. Abdulla ilə Nərgizin 6 yaşında oğlan və 5 yaşında qız övladları var. Hazırda onlar Ağdamda, məcburi köçkünlər üçün salınan İmamqulubəyli qəsəbəsində yaşayırlar.

“Övladlarımı həyatda görməsəm də, yuxuda görürəm. Sabah oyananda yuxuda gördüklərimi təsvir edirəm, Nərgizdən soruşuram, o da cavab verir ki, necə görmüsənsə, elədir uşaqlar”, – Abdulla deyir.

Gözlərinin görməməsi onun sevdiyi məşğuliyyətinə – musiqi ifa etməsinə mane olmur. Hətta bəzən yanında bələdçi olanda avtomobil də idarə edir: “Nərgizlə birlikdə bütün çətinliklərə dözməyə hazırıq. Çünki sevib-sevilərək yaşayırıq”.

Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO
Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO
Azərbaycanlı gənc gözlərini sevgisinə qurban verdi: Yuxuda görə bilirəm – FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 109 15.02.17 13:08