Yerli məhsullar TV-lərdə güzəştlə reklam edilə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Yerli məhsullar TV-lərdə güzəştlə reklam edilə bilər
Prezident Administrasiyasına Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi barədə təklif göndərilib.

Median.Az “Marja”ya istinadla xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

“Vətəndaşlar sənayenin və sahibkarlığın inkişafına dair təkliflərində iqtisadi sahədə idarəetmənin təkmilləşdirilməsi, bəzi strukturlarda ixtisarlar aparılması, istifadəsiz qalan torpaqların dövriyyəyə cəlb edilməsi, emal müəssisələrinin yaradılması üçün faizsiz kreditlər verilməsi, iqtisadiyyatla bağlı geniş müzakirələr, “dəyirmi masa” ətrafında söhbətlər aparılması, tikinti materialları istehsalının daha səmərəli təşkil edilməsi, yarımçıq tikililərin başa çatdırılmasına dövlət dəstəyi, qeyri-neft sektoruna maraq göstərən sahibkarlar üçün müvafiq fondlar yaradılması və onlara vergi güzəştlərinin edilməsi, bir sıra rayon mərkəzlərində əvvəllər fəaliyyət göstərmiş konserv zavodlarının fəaliyyətinin bərpa edilməsi, qoyunçuluğun inkişaf etdiyi ərazilərdə yeni gön-dəri tədarükü məntəqələrinin açılması, Azərbaycanın zəngin təbiətinin imkanlarından istifadə etməklə yeni parfümeriya müəssisəsinin açılması, neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi, mühərrik yağları istehsalının təşkil edilməsi, yerli tikinti məhsulları istehsalının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması, şərabçılığın, əczaçılığın inkişaf etdirilməsi, Azərbaycanda istehsal olunan malların dövlət və özəl televiziya, radio kanallarında güzəştlə reklam edilməsi və sair məsələlər barədə təklif və mülahizələrini bildirirlər”, - o deyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            981 15.02.17 12:40