Köhnə sürücülük vəsiqəsi olanlar “mexanika” sürə biləcəklərmi? » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:01 Qəbələdə 20 yaşlı oğlan faciəvi şəkildə öldü  |     12:54 Bakıda 15 məktəbə yeni direktor təyin olundu  |     12:30 Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq  |     12:22 Türkiyə finalda altı qol vuraraq Avropa çempionu oldu  |     12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |    

Köhnə sürücülük vəsiqəsi olanlar “mexanika” sürə biləcəklərmi?
Yol polisi sürücülərin vaxtı bitmiş sürücülük vəsiqələrini dəyişdirərkən həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnun olub-olmayacağına aydınlıq gətirib.

Median.Az 1news.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, ilin əvvəlində praktiki idarəetmə üzrə imtahan verənlər arasında ilk dəfə sürücülük vəsiqəsi alan şəxslərdən mexaniki və ya avtomatik sürətlər qutusu olan avtomobildə imtahan vermək istədikləri soruşulur.

“Müvafiq olaraq “avtomat”da imtahan verən sürücüyə verilən vəsiqədə onun yalnız avtomat sürətlər qutusu olan avtomobili idarə etmə hüququ olduğu qeyd edilir.

“Mexaniki” sürət qutusu olan avtomobil üzrə imtahan verən sürücü isə yalnız həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobili idarə etmək hüququna malikdir”, - idarədən bildiriblər.

“Bu ilə qədər bu qayda tətbiq edilmirdi, vaxtı bitmiş vəsiqələri dəyişərkən alınan yeni vəsiqələr sürücülərə həm avtomat, həm də mexaniki sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnu verir. Belə ki, daha öncə bütün imtahanlar mexaniki sürətlər qutusu olan avtomobil ilə götürülürdü”, - idarədən vurğulayıblar.

Qeyd edək ki, yeni qaydalar, köhnə qaydalardan fərqlənmir, sadəcə bir qeyd var, avtomatik və ya mexaniki sürətlər qutusu. Vaxtı bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsi həm Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin binasında, eləcə də “ASAN xidmət” mərkəzlərində aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 954 15.02.17 11:55