Xırdalanda şagird intihar edib – YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda


Xırdalanda şagird intihar edib – YENİLƏNİB
11-ci sinif şagirdi Fərrux Əsədlinin sevgisinə görə intihar etdiyi məlum olub.

Oxu.Az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsindən salamnews-a verilən məlumata görə, şəhər 1 saylı orta məktəbinin şagirdi olan F.Əsədlinin intihar etməsinə səbəb sevdiyi qızdan rədd cavabı alması olub. İntihar edən məktəblinin üzərindən sevdiyi qıza yazdığı məktub çıxıb.

Qeyd edək ki, intihar edən yeniyetmənin valideynləri əslən Qubadlı rayonundandırlar.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

* * * * *

Abşeronda intihar hadisəsi baş verib.

Median.Az xəbər verir ki, rayon prokurorluğundan APA-ya verilən məlumata görə, Xırdalan şəhər sakini, 2000-ci il təvəllüdlü Fərrux Ağakişi oğlu Əsədli özünü yaşadığı Rəsulzadə küçəsindəki 1 saylı binanın damından atıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Məlumata görə, F.Əsədli Xırdalanda yerləşən 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          4 147 15.02.17 11:44