Bakı sakinləri 14 fevralı Sevgililər günü kimi qəbul edirmi? – SORĞU » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Bakı sakinləri 14 fevralı Sevgililər günü kimi qəbul edirmi? – SORĞU
Bu gün 14 fevral Müqəddəs Valentin, başqa sözlə Sevgililər günüdür. Şəhəri qızılgüllə və ya yumşaq oyuncaqla gəzişən cütlüklər bəzəyir. Məhz bu tarixdə əksər insanlar çalışır ki, sevgisini göstərsin. Hətta ilboyu sevgisiz yaşayanlar belə bu gün bəxtlərinin onların üzlərinə güləcəyini düşünür.

Amma əksər şəhər sakinləri 14 fevralı sevgi bayramı kimi qəbul etmir. Onlar bunu ya milli, ya da dini səbəblərlə əsaslandırır.

Oxu.Az xəbər verir ki, “ACT Azərbaycan” məsələnin həssaslığını nəzərə alıb paytaxt sakinləri arasında sorğu keçirib.

14 fevralı Sevgililər günü olaraq qəbul edirsinizmi?

Rəyi soruşulmuş sakinlərin böyük əksəriyyəti bu günü sevgililər günü kimi qəbul etmir (64 %). Əsasən yaşlı nəsil (55-64 yaş aralığı) bu bayrama qarşı dözümsüz yanaşır (73 %). 14 fevral tarixini sevgi bayramı kimi qəbul edənlər isə əsasən 25-34 yaş aralığında olan gənclərdir (47 %). Maraqlısı odur ki, yeniyetmələr və erkən gənclik illərini yaşayanlar (18-24 yaş aralığı) sevgililər gününə nisbətən az maraq göstərir (41 %).

14 fevral sevgililər günü qadınları iki cəbhəyə bölüb. 50 % qadın bayramı qeyd etsə də, digər 50 % bundan imtina edir. Sevgi bayramını qeyd etməyənlərin əsas səbəbi isə sevgi gününü yaşlarına uyğun görməmələridir (29 %).

44 % kişi isə bu il Müqəddəs Valentin gününü bayram kimi qeyd etsə də yerdə qalan 56 % bu günü sıradan bir gün olaraq yaşayacaq. Buna əsas səbəb isə sevgililərinin olmamasıdır (38 %).

Sorğu 24 dekabr – 3 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Bakı sakinləri 14 fevralı Sevgililər günü kimi qəbul edirmi? – SORĞU
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 585 14.02.17 13:53