Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir
“Azərbaycanda dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir. Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək”.

Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni “Tvinning” layihəsinin rəsmi açılış mərasimində bildirib.

O deyib ki, hazırda dövlət qulluğuna qəbulda şəffaflığın təmin edilməsi, dövlət qulluğunun nüfuzunun artması bu sahəyə marağın da artmasına səbəb olub: “Dövlət qulluğuna qəbul sahəsində başlanan islahatlar dövlət qulluğunun təkmilləşdirilməsi və peşəkarlığının artırılmasına xidmət edəcək. Dövlət qulluğuna qəbul sahəsində mövcud vəziyyət ondan ibarətdir ki, insanların dövlət qulluğuna qəbulu üçün bütün şəffaf imkanlar, mühüm hüquqi mühit yaradılıb. Bütün mərhələlərdə vətəndaş-məmur əlaqələri minimuma endirilib. Amma bu proses davam etməlidir. Eyni zamanda, bütün insanlar üçün dövlət qulluğuna qəbul əlçatan olmalıdır”.

M.Abbaszadə xatırladıb ki, Dövlət İmtahan Mərkəzi 2 təşkilatı özündə birləşdirib. Onun sözlərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası biliyin qiymətləndirilməsi, kütləvi imtahanların keçirilməsi üzrə 25 illik, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya isə dövlət qulluğu sahəsində 12 illik təcrübəyə malikdir:

“İki qurumun birləşdirilməsi birgə işlərin görülməsi ilə yanaşı, insan potensialının bir araya gəlməsi deməkdir. Bu amil əhaliyə xidmətlərin göstərilməsi sahəsində daha geniş səlahiyyətlərin verilməsi və işlərin həyata keçirilməsinə imkan verəcək. Bu sahədə Avropa İttifaqı və digər dövlətlərin təcrübəsindən istifadə edilərək dövlət qulluğuna qəbul sistemi daha da təkmilləşdirilməli və bu istiqamətdə islahatlar həyata keçirməliyik”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 015 14.02.17 13:30