Yeni binalarda kommunal ödənişlər kimə ödənilməlidir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Yeni binalarda kommunal ödənişlər kimə ödənilməlidir?
Yeni tikilən binalarda kommunal ödənişlərlə bağlı tez-tez əhalinin şikayətlərinə rast gəlinir. Bir sıra mənzil-tikinti korporativləri (MTK) binaları istifadəyə verdikdən sonra idarəçiliyini də özləri həyata keçirirlər ki, bu da sakinlərlə korporativlər arasında narazılıqların yaranmasına səbəb olur. Korporativlər tərəfindən müəyyən olunan kommunal ödənişlərin həcmi və bunun müqabilində göstərilən xidmətlərin keyfiyyəti bir çox hallarda sakinləri qane etmir.

Oxu.Az xəbər verir ki, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimov Trend-ə bildirib ki, ümumiyyətlə çoxmənzilli bina tikilib istifadəyə verildikdən sonra tikinti şirkəti, sahibkar və ya tikinti korporativi oradan çıxmalıdır.

O qeyd edib ki, qanunvericiliyə əsasən çoxmənzilli yaşayış binaları istifadəyə verildikdən sonra binanın idarə edilməsi üçün mənzil mülkiyyətçiləri müştərək cəmiyyət yaratmalıdırlar:

“Bütün mənzil mülkiyyətçilərinin iştirakı ilə yığıncaq keçirilir və yığıncaqda qərar qəbul edilib protokollaşdırılır. Onun əsasında mənzil mülkiyyətçiləri müştərək cəmiyyət kimi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə müraciət edirlər. Ondan sonra yığıncaq keçirilir, bütün mənzil mülkiyyətçiləri orada iştirak edir, binanın aylıq, rüblük, illik istismar xərclərini (lift, istilik, abadlıq, yaşıllaşdırma, avtodayanacaq, mühafizə və s.) hesablayırlar və ümumi məbləğ razılaşdırılır. Sonra kvadrat metrə, adam başına görə hər mənzilə nə qədər məbləğ düşdüyünü müəyyən edirlər və ona uyğun aylıq maliyyə yığımı təşkil olunur. Hər rübün sonunda da hesabat verilir. Yəni bina qəbul kommissiyasına təhfil verildikdən sonra 6 ay müddətinə həmin cəmiyyət yaradılmalıdır və binanın idarəedilməsi həmin cəmiyyətə verilməlidir. Tikinti şirkəti, sahibkar və ya tikinti korporativi isə oradan çıxmalıdır”.

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov da bildirib ki, bina istifadəyə verildikdən sonra idarəçiliyin həyata keçirilməsinin bir neçə formaları mövcuddur: “Ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılır, ya bələdiyyə tərəfindən açıq tender keçirilir və tenderin qalibi idarəçiliyi həyata keçirir, ya da bələdiyyə tərəfindən bu iş ixtisaslaşdırılmış şirkətə tapşırılır. Lakin MTK-lar bina istifadəyə verildikdən sonra da qanunsuz olaraq özləri idarəçiliyi həyata keçirməyə çalışırlar. Biz bu məsələlərlə bağlı ciddi iş aparırıq. Bizim ərazimizdə bina inşa edən bir neçə MTK-ya məktub göndərmişik, ondan sonra tenderin elan olunması barədə təkrarən məktub göndərmişik. Sənədləri bizə verməyən MTK-lar barəsində qərar qəbul etmək üçün məhkəmə qaydasında müraciət etmişik”.

Bələdiyyə sədrinin sözlərinə görə, MTK-lar kommunal xidmətlərin qiymətini əsassız olaraq dəyərindən yüksək müəyyənləşdirirlər:

“Bir sıra MTK-lar isə yığılmış pullarla nəzərdə tutulmuş işləri həyata keçirmir. Binanın qarşısında asfalt çəkmək, təhlükəsizlik kameralarını quraşdırmaq və bu kimi işləri həyata keçirmək lazım gələndə kənarda dayanırlar. Ona görə də biz bu sahədə ciddi iş aparırıq. Artıq bir neçə binada bu məsələ həllini tapmaq üzrədir. Şirkət getmək istəmir, biz isə məhkəmə qaydasında icra məmurlarına müraciət etmişik ki, gəlib o şirkətləri oradan çıxarsınlar”.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 165 14.02.17 12:33