Lerikdə qar uçqunu olub: Yollar bağlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |    

Lerikdə qar uçqunu olub: Yollar bağlanıb
Lerik rayonunda qar uçqunu olub, yollar bağlanıb.

Median.Az Report.az-a istinadən xəbər verir ki, Zuvand yolunda baş verən uçqun nəticəsində qar kütləsi yola tökülüb və dağ kəndləri ilə nəqliyyat əlaqəsi, demək olar ki, yoxdur. Rayonda ən az mərkəzə qar yağıb ki, burada qarın qalınlığı 50 santimetrdir.

Qar örtüyünün qalınlığı Cəngəmiran və Blabənd kəndlərində 75 santimetr, digər kəndlərdə isə 1 metrdən yuxarıdır.

Lerik rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, rayonda texnika kifayət qədər olmadığından yolları açmaq mümkünsüzdür: “Əsas qüvvə, 43 saylı Yol İstismar İdarəsinin iki qreyderi və bir qartəmizləyən maşını Lənkəran-Lerik yolunun açıq qalmasına yönəldilib. Texnikaların köməyi ilə kənd yolları qismən təmizlənib. Lakin on gündür aramsız yağan qar təbii ki, problemsiz ötüşmür. Kiçik fasilələr nəzərə alınmasa, elektrik enerjisinin verilişi ilə bağlı problem yoxdur”.

Qeyd edək ki, yolboyu qarın qalınlığı 80-85 santimetrdir. Hazırda mənfi 8 dərəcə şaxta müşahidə olunur.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 557 14.02.17 12:22