Parazitlər üçün göydəndüşmə fürsət » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |     21:33 Ermənistanda polis rəisinin müavini avtomobillə vuruldu  |    

Parazitlər üçün göydəndüşmə fürsət
Ötən həftə gündəm zəngin oldu. Lapşinin Belarusda saxlanılıb Azərbaycana təhvil verilməsindən tutmuş, türk əsgərlərinin rus qırıcısı tərəfindən bombalanmasına, manatın dollar üzərində ard-arda qələbələrindən başlamış, yeni doğulmuş körpənin zibil qutusuna atılmasına qədər…

Əslində, son hadisədən yazmamaq üçün özümü güclə saxladım. Çünki ədəb sərhədlərini keçməyəcəyimə dair özüm özümə zəmanət verə bilmədim. Yaza bilərdim ki, körpəsini zibil qutusuna atan qadının hansısa murdar toxumdan əmələ gəldiyi anlaşılır da, indiyədək insana çevrilməməsi təkümül nəzəriyyələrini alt-üst edir. Və bu cür iyrənc məxluqlarla eyni havanı udduğuma görə, başıma sellofan torba keçirib özümü boğmaq istədiyimi qeyd edəcəkdim. Bu səbəbdən yazmadım! Yaza bilmədim!

Əllərim titrədi, eyvana çıxıb bir siqaret yandırmaq, əsəbimi qorumaq naminə ciyərimi qurban vermək istədim. Qutu boş idi… Az qala, unudacaqdım. Axı, son bir ayda paytaxtın irili-xırdalı əksər dükanlarını dolaşmışdım, sinəmə düşən 1-2 marka siqaretdən tapım deyə. Tapa bilməmişdim. Sonra məcburən, damaq dadıma daban-dabana zidd olan başqa bir siqaret almış, gecələr öskürəkdən evdəkilərin yuxusuna haram qatmışdım.


Və öskürəyin səyi nəticəsində yuxudan ayılıb, səhərədək yerimin içində düşünmüşdüm: axı bu, kimə və niyə lazımdır? Artıq psixoloji gərginlik həddinə çatan siqaret böhranı kimin, ya da kimlərin iqtisadi maraqlarını təmin etməyə hədəflənib? Əsas tələbat olan siqaret markalarının, naməlum səbəblərdən bazardan çıxarılması kimlərinsə arasında nüfuz savaşının təzahürüdürsə, bunu daha rahat yolla həll etmək olmazmı? Məsələn, tutursan birinin qulağından, nəzarətində olanları alıb verirsən digərinin nəzarətinə. Yeni adam da köhnə qaydada bu işi davam etdirir.


Gələk büdcənin maraqlarına. İqtisadçı deyiləm. Statistik rəqəmlərlə də işim olmaz. Sadəcə məni bir nüans maraqlandırır: Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar son bir ayda tütün məhsullarının satışdan yığışdırılması sahibkarlara və onların qazancından formalaşan büdcəyə nə qədər ziyan vurdu? Yəni, əldə olunması üçün bütün imkanların səfərbər edildiyi o 1 faiz var ha, o 1 faiz, bir gündə nağd siqaret satışı ilə bağlı bazarda fırlanan bir neçə yüz milyon manatdan dahamı çox iqtisadi dividend gətirəcək?

Üstəlik nəzərə almalıyıq ki, yerli firmaların çökdürülməsi ölkənin sərhəd regionlarında digər qonşularımızın istehsalı olan tütün məhsullarının "meydan sulaması" ilə nəticələnir. Cənub bölgəsində İran, şimal bölgəsində Rusiya (Dağıstan), qərb bölgəsində Gürcüstan mənşəli siqaretlərin yerli məhsulları sıxışdırmağa başladığı xəbərlərini eşitməyənlərin sayı çox azdır.

Bundan da başqa, leqal istehsal və ticarətlə məşğul olan, vergisini, rüsumunu ödəyən firmalara divan tutmaq bazara parazitlərin doluşması üçün fürsət yaradır. Piştaxtalarda leqal siqaretlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutur. Belə siqaretlərə qarşı mübarizə isə faktiki olaraq aparılmır. Nəticədə, bundan həm dövlət, həm iş adamları, həm də siqaret çəkən əhali qrupu zərərli çıxır. Və yaranan mənzərə: aksiz markalı və öldürücü təsiri daha az olan siqaretlərin qıtlığı (ya da ümumiyyətlə aradan qalxması), qaçaqmal və ciyərlərimizi daha qısa müddətdə parçalayan məhsulların bazarı bürüməsi, qiymətlərin süni şəkildə qaldırılması, nəhayət dövlət büdcəsinə daxil olan vergi və rüsumların azalması. Bizə bumu lazımdır?

İsmayıl MƏMMƏDLİ

Mənbə: sputnik.azскачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 005 13.02.17 18:15