“Niva” ilə “avtoşluq” edənləri hansı cəzalar gözləyir? – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

“Niva” ilə “avtoşluq” edənləri hansı cəzalar gözləyir? – VİDEO
Sosial şəbəkələrdə paytaxt yollarında avtoxuliqanlıq edən bir neçə sürücünün görüntüləri yayılıb. Onlar polisdən və texniki vasitələrdən gizlənmək üçün nömrələrini də bağlayıblar. Polis isə görüntülər əsasında onların müəyyən ediləcəyini bəyan edir.

Həmin şəxsləri hansı cəza gözləyir?

Median.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, “Niva” markalı 2-3 avtomobil paytaxt küçələri ilə sürətlə hərəkət edir.

Avtomobillərin arasından təhlükəli keçidlər edən sürücülər həm özlərinin, həm də digərlərinin həyatını təhlükəyə atırlar.

Sosial şəbəkələrdə yayılan bu görüntülərin bir hissəsi paytaxt yollarında çəkilib.

Tanınmamaq üçün nömrələri gizlədilən avtomobillərin nə zaman çəkildiyi dəqiq göstərilməsə də, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov araşdırma aparılacağını deyir.

Bu sürücülər aşkarlanarsa, avtoxuliqanlıq etdikləri üçün məhkəmə yolu ilə 1 il sürücülük hüququndan məhrum edilə, 500-750 manat cərimə, yaxud da 1 aya qədər həbs edilə bilərlər.

Onları başqa hansı cəzaların gözlədiyini videosüjetdən öyrənə bilərsiniz:скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 754 13.02.17 14:18