Bəzi əlil abituriyentlər üçün qəbul imtahanının müddəti artırılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Bəzi əlil abituriyentlər üçün qəbul imtahanının müddəti artırılır
Azərbaycanda görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlər üçün qəbul imtahanı müddətinin artırılması məsələsi qəbul qaydalarına daxil edilib.

Median.Az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, indiyədək bu məsələ qaydalara daxil edilməmişdi. Lakin buna baxmayaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etmək istəyən görmə qabiliyyəti olmayan abituriyentlər üçün ayrıca otaq ayrılırdı və onların imtahan müddəti artırılırdı:

“Nazirlər Kabinetinin yeni təsdiqlədiyi qəbul qaydalarında isə bu məsələlər rəsmiləşdirilib. Görmə qabiliyyəti olmayan abituriyentlər üçün imtahan müddətinin artırılması məsələsinin qəbul qaydalarına daxil edilməsi ali təhsil almaq istəyən belə abituriyentlərin sayının artmasına təsir göstərəcək”.

DİM-dən bildirilib ki, “Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul qaydaları”na görə, görmə qabiliyyəti olmayan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Orta ixtisas təhsili müəssisələrinə, rezidenturaya və magistraturaya qəbul imtahanının davametmə müddəti 30 dəqiqə artırılıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 408 13.02.17 14:07