Hansını seçməli: Yerli, yoxsa rus arağını? » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:30 Rusiyada seçkilərin nəticələri: Daha bir partiya Dumada təmsil olunacaq  |     12:22 Türkiyə finalda altı qol vuraraq Avropa çempionu oldu  |     12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |    

Hansını seçməli: Yerli, yoxsa rus arağını?
Rusiyada arağın qiymətinin qalxması Azərbaycandakı “yeyib-içən oğlanlara” zərbə vurmayacaq

Alkoqollu içkilər bazarında kəskin rəqabət hökm sürür. Ticarət şəbəkələrinin satıcılarının dediyinə görə, Rusiyada arağın qiymətində baş verən istənilən artım Rusiya istehsalçılarına mənfi təsir göstərir.

RF-nın maliyyə naziri araqların pərakəndə satış qiymətlərinin 8% artırılmasını təklif edir. Bu hər 0,5 litrlik araq şüşəsinə 205 rubl (Azərbaycan Mərkəzi Bankının kursuna uyğunlaşdırsaq, 6,3 manat — red.) əlavə edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu sənəd Rusiyanın Normativ Hüquqi Aktların Layihələri hökumət portalında əksini tapıb.

Buna qədər isə arağın minimal buraxılış qiyməti 173 rubl, topdansatış qiyməti isə 178 rubl idi.

Sputnik Azərbaycan-ın əməkdaşı bununla bağlı Azərbaycanın alkoqollu içki istifadəçiləri və satıcıları arasında sorğu keçirib. Sorğu iştirakçılarının Rusiyada arağın qiymətlərinin qalxmasından narahat olmadıqları ortaya çıxıb. Onların sözlərinə görə, Azərbaycanın şərabçılıq şirkətlərinin buraxdığı məhsullar Rusiyanınkından fərqlənmir, eyni zamanda qiymətləri də 2-2,5 dəfə ucuzdur. Misal üçün, ticarət şəbəkələrində 0,5 litr araq 3,5-6 manat aralığında satılır. Amma idxal olunmuş eyni həcmdə araqların qiyməti isə 12-16 manatdır. Bununla yanaşı, unutmaq lazım deyil ki, hazırda Azərbaycanda Rusiyanın içki məhsulları ilə Ukrayna istehsalı olan alkoqollu içkilər də kəskin rəqabət aparır. Son zamanlar isə bu rəqabətə Belarusdan gətirilən içkilər də girişib. Yeri gəlmişkən, idxal olunmuş məhsullarla bağlı aparılan antitəbliğatın da bunda rolu olub. Xüsusilə son vaxtlar Rusiyada saxta araqlardan əhalinin zəhərlənməsi ilə bağlı telekanallarda gedən süjetlər burada öz rolunu oynayıb.

Spirtli içkilər bazarının iştirakçılarının bildirdiyinə görə, bu gün yerli araqların qiymətinin qalxmasına səbəb olacaq yeganə amil milli valyutanın kursunun dollar qarşısında zəifləməsidir. Çünki Azərbaycandakı zavodlarda istifadə olunan spirt ölkəyə idxal olunur.

Son günlər isə milli valyuta möhkəmlənir. Əgər Rusiyada spirtin qiyməti qalxsa, Azərbaycanın alkoqollu içki istehsalçıları xammalı Ukrayna, yaxud da Belarusdan gətirməli olacaqlar. Bu mənada, Rusiya araqlarının qiymətlərinin qalxması rus istehsalçıların Azərbaycan bazarından əldə etdikləri gəlirlərinin azalmasına səbəb olacaq, Ukrayna, Belarus və digər ölkələrdən olan istehsalçıların isə gəlirləri artacaq. İdxal olunan arağın qiymətləri cari intervalda qalacaq, aşağı qiymətli və keyfiyyətli yerli araqlara isə həvəskarlar daha az pul ödəyəcəklər. Etiket və imicə görə isə daha çox pul ödəmək lazım gələcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            6 214 11.02.17 18:01