Dilqəmin atasının vəziyyəti pisləşdi - Təcili Bakıya gətirildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:22 Türkiyə finalda altı qol vuraraq Avropa çempionu oldu  |     12:17 Əfsanəvi boksçu prezidentliyə namizəd oldu  |     12:12 İspaniya Baş naziri ABŞ-a getməkdən imtina etdi  |     12:06 Bakı sakini qayınata və qayınanasını yandırdı  |     11:55 Azərbaycanda rəis müavini əməliyyat masasında öldü  |     11:48 Ağdaşda bir tona yaxın çətənə kolu məhv edildi  |     11:36 Azərbaycanda daha bir müəllim vəfat etdi  |     23:00 Fransada 150 baykerin iştirakı ilə dava olub, ölən və xəsarət alanlar var  |     22:33 ABŞ-ın baş infeksionisti: "Pandemiya yazda bitəcək"  |     22:13 Bundesliqa: "Bavariya" 7 cavabsız top vurub  |     22:12 Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb  |     22:11 SOCAR Gürcüstanda qazlaşdırılmaya 300 mln dollardan çox investisiya yatırıb  |     22:10 "Çelsi"nin futbolçusu İngiltərə millisində oynamaqdan imtina edir  |     22:09 COVID-19-a yoluxanların 35 faizi simptomlardan ən azı birini daşıyır  |     22:08 Hindistandan quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub  |     22:07 Rusiya turoperatoru "Taliban turu" elan edib  |     22:07 Azərbaycan əczaçılıq məhsulları ixracından qazancını 5 dəfə artırıb  |     22:06 Azərbaycanın gübrə idxalı kəskin azalıb  |     22:05 Türkiyə aviasiyası İraqda terrorçuları məhv edib  |     22:03 Pentaqon rəsmisi dinc sakinlərin öldürülməsinə görə Əfqanıstandan üzr istəyib  |    

Dilqəmin atasının vəziyyəti pisləşdi - Təcili Bakıya gətirildi
Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun atası Qardaşxan Əsgərovun səhhəti pisləşib.

Bu barədə azvision.az-a girovun yaxınları məlumat veriblər. Bildirilib ki, Dilqəm Əsgərovun atası ağır vəziyyətdə Ak.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

"Vəziyyəti ağırdır. Son günlər özünü yaxşı hiss etmirdi. Müalicələr fayda vermir. Ona görə Bakıya gətirdik. Hazırda reanimasiyaya yerləşdirilib. Həkim nəzarətindədir. Yanına heç kimi buraxmırlar".

D.Əsgərovun yaxınları bildiriblər ki, bu gün girovların Hüquqlarını Müdafiə Komitəsinin təcili toplantısı keçiriləcək.

Xatırladaq ki, 2014-cü ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma "məhkəmə"nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 995 11.02.17 17:20