Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə Sabirabad rayonunun Xəlfəli kəndində heyvandarlıq məhsullarına baytarlıq baxışı keçirib və məhsullardan baytarlıq laboratoriyasında müayinə üçün nümunələr götürüblər.

DBNX-dan Baku.ws-ə verilən məlumata görə, baxışı zamanı kənd sakini Şahverdiyev Əlifxan Salamulla oğluna məxsus evin həyətində qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış heyvan kəsim yeri (sallaqxana) aşkar edilib. Eyni zamanda evin həyətində olan vətəndaşa məxsus "Qazel" markalı 54-BL-414 dövlət qeydiyyat nişanlı yük avtomobilində antisanitar şəkildə, döşəməyə səpələnmiş vəziyyətdə 12 ədəd şaqqalara bölünmüş çəkisi 375 kq olan heyvan əti, evin qarajında yerə atılmış vəziyyətdə 3 ədəd şaqqalara bölünmüş çəkisi 55 kq olan heyvan əti, tövlədə tavandan asılmış vəziyyətdə 6 ədəd şaqqalara bölünmüş çəkisi 120 kq olan heyvan əti və 50 kq çəkisi olan 3 baş xırdabuynuzlu heyvan cəmdəyi, primitiv, antisanitar şəraitdə olan heyvan kəsim yerində (sallaqxanada) 1 ədəd iribuynuzlu heyvanın başı, dərisi, 4 ədəd ayağı və daxili orqanı aşkar olunub.

Ümumi çəkisi 600 kq olan, 21 ədəd şaqqalara bölünmüş heyvan cəmdəklərinin və 3 baş xırdabuynuzlu heyvan cəmdəyinin, baş-ayaq və daxili orqanının mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayıb, ətin üzərinə baytarlıq müayinəsindən keçməsini bildirən möhür vurulmayıb.

Hissələrə bölünmüş heyvan cəmdəklərinin və daxili orqanın orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi aşkar edilmiş ət "Qazel"ə yığılaraq müvəqqəti saxlamaq üçün komissiyanın iştirakı ilə Sabirabad Rayon Baytarlıq İdarəsinin təşkil etdiyi soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Baytarlıq baxışı zamanı aşkar edilən heyvan cəmdəklərindən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qərar qəbul ediləcək.

DBNX bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər bundan sonra da davam etdiriləcək, qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
Görün camaata ət adı ilə nə yedizdirirlər - FOTO
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            14 849 11.02.17 16:19