Azərbaycanda sevgi faciəsi: Nişan üzüyünü qaytarıb, özünü asdı » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda sevgi faciəsi: Nişan üzüyünü qaytarıb, özünü asdı
Sabirabad rayonunda baş verən intihar hadisəsi ilə bağlı dəhşətli detallar ortaya çıxıb.

Median.Az lent.az-a istinadən xəbər verir ki, Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış yaşayış ərazisində yaşayan 1988-ci il təvəllüdlü Asim Məmmədov Şirvan şəhərindən olan bir qızla nişanlı olub.

Qız evdəkilərə zarafatla Asimin onu qaçırdığını deyib. Bundan sonra ailələr arasında münaqişə yaranıb. İki ailə arasında bu qalmaqal böyüdükdən sonra isə oğlan qız ilə evlənməkdən imtina edib və nişanı qaytarıb.

Bu gün səhər saatlarında isə evdə olan qardaşı arvadı qapının ağzında Asim Məmmədovun kəndir ilə özünü asdığını görüb.

Hazırda faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          16 518 09.02.17 16:02