"Azəravtoyol”un avtomobili qəzaya düşdü, 4 yaralı » Median.Az - Bütün xəbərlər bir ünvanda


"Azəravtoyol”un avtomobili qəzaya düşdü, 4 yaralı
Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Toğrul Əmirovun idarə etdiyi “Mersedes” markalı və 1967-ci il təvəllüdlü Ərəstun Babayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşublar. Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Afiyyədin İsmayılov, sürücü T.Əmirov və sərnişinləri – övladları 2008-ci il təvəllüdlü Fidan, 2011-ci il təvəllüdlü Lalə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir
Qeyd edək ki, Ə.Babayevin idarə etdiyi “Ford” markalı avtomobil “Azəravtoyol” ASC-nin tabeçiliyində fəaliyyət göstərən “Avtomobil Yollarının İstismarı” MMC-yə məxsusdur.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          800 08.02.17 18:09