Azərbaycanda bu sürücülərə məcburi qaydada dərs keçiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda bu sürücülərə məcburi qaydada dərs keçiləcək
Median.Az-nin Avtosfer.az-a istinadən verdiyi məlumata görə, bu barədə "Avtomobil nəqliyyatı haqqında" qanuna edilən dəyişiklikdə qeyd olunub. Dəyişikliyin əsas hissəsi ondan ibarətdir ki, bundan sonra avtobus, taksi və yük avtomobillərinin sürücülərinin xüsusi hazırlıq proqramını Nəqliyyat Nazirliyi hazırlamayacaq. Bu iş birbaşa Nazirlər Kabinetinə həvalə olunur. Proqramı ölkə miqyasında Nazirlər Kabineti hazırlayacaq və aparacaq.

Bu yenilik o deməkdir ki, Bakı şəhərində avtobus və taksi sürücülərinin hazırlıq kurslarına cəlb edilməsini Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək. Ölkənin qalan yerlərində bu kursları Nəqliyyat Nazirliyi təşkil edəcək.

Maraqlı yeniliklərdən biri də odur ki, Azərbaycanda ilk dəfə olaraq yük avtomobillərinin sürücüləri də hazırlıq kurslarına cəlb olunur. Bakı şəhəri də daxil olmaqla, bu işi ölkə üzrə Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Hazırlıq proqramında avtobus, taksi və yük avtomobillərinin sürücülərinin iş və istirahət rejiminə nəzarət olunması ilə bağlı mexanizm də əksini tapıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 142 08.02.17 14:34