Bakıda neftçi sərnişin avtobusunda ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda neftçi sərnişin avtobusunda ölüb
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, 148 saylı xətt üzrə hərəkət edən 90 RG 844 dövlət nömrə nişanlı marşrut avtobusunda qeydə alınıb. Marşrutdakı sərnişinlərdən biri, 60 yaşlı Fikrət Eybulla oğlu Əsədov qəfildən dünyasını dəyişib.

İlkin məlumata görə, F. Əsədov ürək tutmasından ölüb. Belə ki, avtobusda sıxlıq olub və bu, sərnişinin səhhətinə pis təsir edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F. Əsədov Balaxanı qəsəbəsində yerləşən neftçıxarma idarəsində mexanik işləyirmiş.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          925 07.02.17 14:19