Qazaxda baba 7 yaşlı nəvəsini güllələyib » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qazaxda baba 7 yaşlı nəvəsini güllələyib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 6-da Qazax rayonunun Şıxlı kəndində kənd sakini Səyad Nəsibov oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobildə özünə məxsus “TOZ-34” markalı tüfənglə ehtiyatsız davranması nəticəsində açılan atəş 7 yaşlı nəvəsi S.Nəsiblinin sol baldır nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən uşağın sol ayağı amputasiya edilib.

Qazax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-34” markalı tüfəng götürülüb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          3 381 07.02.17 13:05