Bakıda ana azyaşlı övladı ilə birgə intihara cəhd edib » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda ana azyaşlı övladı ilə birgə intihara cəhd edib
Median.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev 94 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məhbubə Mövlud qızı Bayramova azyaşlı övladı ilə birgə beşmərtəbəli binanın damına çıxaraq özlərini atmaq istəyib. Hadisə yerinə gələn polis və xilasedicilər onu fikrindən daşındırıblar.

M.Bayramova polisə verdiyi ilkin ifadəsində məhkəmə qərarına etiraz olaraq bu addımı atdığını qeyd edib.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          4 128 07.02.17 13:01