Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib, bir nəfər ölüb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Goranboyda bir ailənin üç üzvü qidadan zəhərlənib, bir nəfər ölüb
Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhər Abbas Səhhət adın 1 saylı xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin səylərinə baxmayaraq, İ.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

S.Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 254 04.02.17 17:49