Antiradardan istifadə edən sürücülər yüksək məbləğdə cərimələnəcəklər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Antiradardan istifadə edən sürücülər yüksək məbləğdə cərimələnəcəklər - VİDEO
Bəzi saytlarda vətəndaşlar tərəfindən antiradar və radar detektorlarının satışı barədə elan yerləşdirilib.

Median.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, antiradar və radar detektorlarından istifadə edən sürücüləri 500 manatdan 800 manata qədər cərimə gözləyir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, hər iki cihaz qanunla qadağan olunub.

Kamran Əliyev deyib ki, antiradarlar radarların işinə mane olduğuna, radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Çünki sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          3 499 03.02.17 13:28