Həkimlər keyfiyyətsiz xidmətə görə cərimələnəcəklər – VIDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Qaxda 56 yaşlı kişi evində ölü tapıldı  |     22:51 Göygöldə sərxoş sürücü avtomobilini aşırdı  |     22:31 Goranboyda 40 ton ot bağlaması yandı  |     22:18 Ağstafada minik maşını aşıb, sürücü yaralanıb  |     22:10 Azərbaycanın Əməkdar artisti XTQ giziri ilə nişanlandı - FOTO  |     22:00 Amerikalı senator İsrailə gedir  |     21:47 Rusiyanın bəzi şəhərlərindən Azərbaycana birbaşa uçuşlar bərpa edilib  |     21:40 Axşamın ŞAD xəbəri- Buna hamı sevinəcək, pulsuz olacaq...- RƏSMİ  |     21:34 Kübra Əliyeva yenidən əməliyyat olunacaq  |     21:28 Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırdı  |     21:20 Kubada virusa yoluxma sayında rekord  |     21:14 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     21:00 Sabirabadda avtomobil kanala aşdı, sürücü ağır xəsarət aldı  |     20:40 Bakıda avtomobil yanıb  |     20:34 “TikTok” üçün video çəkən məktəblilər fermanı yandırdılar  |     20:20 İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək  |     20:00 İƏT təcili toplanır  |     19:50 “Hindistan ştammı daha sürətli yayılır" - Həkim  |     19:41 İsraildə 3D printerdə canlı ürək çap edildi – Tibdə ilk  |     19:35 Bu ölkə turistlər üçün sərhədləri açır  |    

Həkimlər keyfiyyətsiz xidmətə görə cərimələnəcəklər – VIDEO
İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə xidmət göstərdiyi xəstə sayına uyğun ödəniş ediləcək. Ancaq xəstə hər hansı səbəbdən narazı qalsa və eyni problemə görə 2-ci dəfə həkimə müraciət etməli olsa, həmin həkim cərimələnə və ya ödənişindən kəsilə bilər. Bununla yanaşı, bəzi müayinələrə limit qoyulacaq və həmin limiti keçənlər əlavə pul ödəyəcək.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, xəstəyə ehtiyacı olmayan xidmətlər göstərildikdə və ya tibbi xidmətin keyfiyyəti qənaətbəxş olmadıqda həkimə göstərdiyi xidmətə görə ödəniş edilməyəcək.

Söhbət icbari tibbi sığorta sistemində həkimlərin maaşının bonus hissəsindən gedir. Belə ki, sistemdə Həkimlər aylıq standart əməkhaqqından əlavə xidmət göstərdiyi xəstə sayına uyğun bonus qazanacaqlar. Xəstəsi çox olan həkim daha yüksək məbləğdə bonus qazanacaq. Ancaq məlum olsa ki, həkim lazım olmadan xəstəni tibbi xidmətə yönəldib və ya həkimin xidməti keyfiyyətsiz olub, sözügedən bonuslar verilməyəcək və ya həkim cərimələnəcək. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov məlumat verib.

Bu məsələdə əsas məqsəd odur ki, xəstə eyni problemlə ikinci dəfə həkimə müraciət etməsin.

Eyni zamanda icbari tibbi sığorta olunan vətəndaşlar bəzi müayinələr üçün əlavə pul ödəməli olacaqlar. Məqsəd bəzi müayinələrdə sui-istifadə hallarının qarşısını almaqdır. Belə ki, həmin müayinələrə limit qoyulacaq və il ərzində həmin limiti keçənlər əlavə pul ödəməli olacaqlar.

Xəstə limiti keçdikdən sonra hər kompüter tomoqrafiyası üçün 10 manat, MRT üçün isə 20 manat ödəməli olacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 217 02.02.17 12:30