Bakıda keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxılıb
Median.Az Report.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsini buz bağladığından o sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb. T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 976 01.02.17 15:45