Cəlilabadda qəza: 5 nəfər xəsarət alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Cəlilabadda qəza: 5 nəfər xəsarət alıb
Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Median.Az “Report”-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Ələt-Astara magistral yolunun Andrevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” və “Mercedes” markalı iki avtomobil toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          722 31.01.17 18:32