Bakıda avtoservisdə yanğın » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda avtoservisdə yanğın
Bu gün Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyat hissələri 60 m2 sahədə yanıb.

Median.Az FHN-ə istinadən xəbər verir ki, bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          835 30.01.17 13:54