Azərbaycanda ili köhnə olan avtomobillər bahalaşdı – QİYMƏT + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Azərbaycanda ili köhnə olan avtomobillər bahalaşdı – QİYMƏT + VİDEO
Həm paytaxtda, həm də bölgələrdə avtomobillərin qiymətində artım müşahidə olunur.

Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar qiymət artımını, əsasən, xaricdən köhnə avtomobillərin gəlmədiyinə görə belə nəqliyyat vasitələrinə tələbatın artmasında görürlər. Alıcılar isə qiymətlərin bu dəfə öncəki aylardan daha çox baha olduğunu bildirirlər. Hətta bu qiymət fərqinin minlərlə manat olduğunu düşünürlər.

Gəncənin avtomobil bazarında satıcılar müştəri qıtlığından şikayətlənsə də, alıcılar buna qiymətlərin baha olmasını səbəb göstərirlər.

Bərdənin avtomobil bazarında da qiymət artımı müşahidə olunur.

Ancaq müşahidə olunan budur ki, bölgələrdəki qiymət artımı paytaxtla müqayisədə daha azdır. Bakıdan fərqli olaraq, bölgələrdə tələbat daha çox Rusiya istehsalı olan avtomobillərədir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 941 30.01.17 12:31