Çoban özünü güllələyib öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda


Çoban özünü güllələyib öldürdü
Ağcabədi rayonunda güllələnmə hadisəsi baş verib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yanvarın 27-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb və hadisə yerində ölüb.

Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 557 28.01.17 16:44