Ölkəyə gətirilən nəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması – ASANLAŞDI » Median.Az - Bütün xəbərlər bir ünvanda


Ölkəyə gətirilən nəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması – ASANLAŞDI
Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

Oxu.Az xəbər verir ki, “ASAN xidmət”dən verilən məlumata görə, yanvarın 26-dan Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edilə bilər.

Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.

Xatırlatmaq istərdik ki, “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərilən xidmətlər, dövlət rüsümü, iş qrafiki haqqında məlumatı 108 Çağrı Mərkəzindən əldə etmək mümkündür.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          916 27.01.17 14:21