BQXK şəhidimizin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib » Median.Az - Bütün xəbərlər bir ünvanda


BQXK şəhidimizin meyitinin qaytarılması ilə bağlı müraciətə cavab verib
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib.

Median.Az xəbər verir ki, bu barədə APA-ya Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.

“Peter Maurer Ombudsmanın məktubuna cavab verərək bildirib ki, onlar hadisənin inkişafını diqqətlə izləyir və ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin cənazəsinin qaytarılması üçün çalışmağa davam edəcəklər”, - deyə A.Səfixanlı söyləyib.

Qeyd edək ki, əsgər Çingiz Qurbanov sərhəd zonasında Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          726 19.01.17 17:22